KƏLLƏPAÇA SUYUNDAN ÖTRÜ HÖVSANA GETMƏK

mənasız, kiçik bir işdən ötrü uzağa gedən, heç nəyə görə böyük məsafə qət edən adamlar haqqında işlədilən ifadə.

KƏLLƏNİ YERƏ QOYMAQ
KƏLMEYİ-ŞƏHADƏTİ OXUNMAQ
OBASTAN VİKİ
Kəlləpaça
Xaş, Paça və ya sadəcə Ayaq — heyvan ayağını qaynadaraq pişirilən Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Azərbaycan, İran, Bosniya və Herseqovina va Türkiyədə bəzi üsullara görə ayağa əlavə heyvanın başını qatmaqla pişirilən bu yeməyin növünə kəlləpaça və başayaq deyirlər (fars. کله پاچه‎ , türk. Kelle paça, bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. == Adı == Xaş sözü oğuz türkcəsində olan xaşlamaq (bişirmək, yeməyi qaynatmaq) feilindən gəlir.